Tərcümənin semantik-semiotik modeli
ilkin və tərcümə dillərindən işarə və strukturun qarşılıqlı korrelyasiyası tipologiyasını qurmuş Y.İ.Retskerin, tərcümənin semantik-semiotik modelini qurmuş L.S.Barxudarovun araşdırmalarında yanaşmanın inkişafını nəzərdə tutur. Bu modelə uyğun olaraq mətninin ümumi məzmununda onun ayrı-ayrı komponentləri - denotativ, siqnifikativ, linqvistik və praqmatik - fərqləndirilir. Alim ilk dəfə göstərmişdir ki, ilkin mətndən tərcümə mətninə keçərkən orijinalın heç də bütün məzmunu deyil, yalnız onun bu və ya digər komponentləri saxlanılır. L.S.Barxudarov öz həllini gözləyən növbəti tədqiqat problemi kimi ilkin mətnin yuxarıda adlarını çəkdiyimiz məzmun komponentlərinin növbəliliyi problemini irəli sürür.